QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bavariyanın baş nazirinin müavini və iqtisadiyyat naziri Hubert Ayvanqer Berlində qaldığı hotel otağında ölü aşkarlanıb.

55 yaşlı siyasətçinin ölümü ilə əlaqədar prokurorluq mümkün ehtimalların heç birinin kənara qoyulmadığını bildirib.

Cinayət Axtarış İdarəsi hadisə üzrə araşdırmaya başlayıb. Ayvanqerin meyitində görünən xəsarət izlərinə rast gəlinmədiyi qeyd olunub. Baş verənlər Avropada və Rusiyada yaşanmış siyasi qətllər və şübhəli ölümlər mövzusunu yenidən gündəmə çıxarıb.

Berlin polisi ilə prokurorluq siyasətçinin ölüm səbəbini aydınlaşdırmaq üçün birgə təhqiqata başlayıb.