QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi barədə sərəncam imzalayıb. Sənəd Azərbaycan radiosunun 100 illik yubileyi və televiziya-radio işçilərinin peşə bayramı münasibətilə qəbul olunub.

Azərbaycanda medianın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə Ağayev Qənbər Müseyib oğlu, Əliyarzadə Rahib Kamal oğlu, Əliyeva Nigar Əli qızı, Hüseynov Murad Məhəmməd oğlu, Hüseynova Çimnaz Həbib qızı və Quliyeva Nigar Sabir qızı təltif ediliblər.

İkinci dərəcəli “Əmək” ordeni Əliyev Aydın Hüseyn oğluna, Müzəffərli Azad Müzəffər oğluna və Zöhrəbova Məryəm Abbas Qulu qızına verilib.

Üçüncü dərəcəli “Əmək” ordeninə Abdullayev Azər Sədulla oğlu, Eminbəyli Şakir Vəfa oğlu, Eyvazova Aida Məmmədşah qızı, Xəlilova Sevinc İbrahim qızı, İslam-zadə Nailə Hünbət qızı, Qədirzadə Leyla Salam qızı, Quliyeva Arzu Telman qızı, Novruzov Faiq Səttar oğlu, Ramazanov Mübariz Fazil oğlu və Sadıqov Orxan Fikrət oğlu layiq görülüblər.

“Tərəqqi” medalı ilə Abdullayev Həsən Nəcəfqulu oğlu, Abuşev Hüseyn Rauf oğlu, Ağamirov Vasif Alp oğlu, Allahverdiyeva Lalə Abbas qızı, Allahyarov Ziya Qələməli oğlu, Aslanova Billurə Aslan qızı, Babayev Zamiq Esmiran oğlu, Babayev Zaur Eyvaz oğlu, Babayeva Təhminə Adil qızı, Bağırov Kazım Rasim oğlu, Cabarov Fuad Şamil oğlu, Cavadov Rövşən Novruz oğlu, Dadaşov Tural Siyavuş oğlu, Dementyeva Viktoriya Serqeyevna, Eynullayeva Sudabə Cahangir qızı, Əbilova Xəyalə Əliağa qızı, Ədilova Jalə Elsevər qızı, Əfəndiyeva Afaq Vasif qızı, Əlibəyli Elçin Vidadi oğlu və Əliverdiyeva Mətanət Məcnun qızı təltif olunublar.

Medala həmçinin Əliyev Cavid Qabil oğlu, Əliyev Elman Yusubəli oğlu, Əliyev Elşad Xalid oğlu, Əliyev Elşən Həsən oğlu, Əliyev Səyavuş Ağamehdi oğlu, Əliyev Teymur Hafiz oğlu, Əliyev Tural Əmir oğlu, Hacıyev Əli Əflan oğlu, Həsənli Ceyhun Eyvaz oğlu, Həsənov İsmayıl Firudin oğlu, Hüseynov Emin Tofiq oğlu, Hüseynov Əliheydər Şahbaz oğlu, Xəlilov Fəxri Vaqif oğlu, İsgəndərova Vəfa Zahid qızı, İsmayılov Şahin Bayraməli oğlu, İsmayılova Marina Yusif qızı və İsmayılova Pərvin Süleyman qızı layiq görülüblər.

“Tərəqqi” medalı ilə təltif edilənlərin siyahısında Qafarov Fərrux Əlihüseyn oğlu, Qarayev Azər Əyyub oğlu, Qasımova Pərvanə Nadir qızı, Qənbərov İlham Bərxudar oğlu, Quliyeva Jalə Sabir qızı, Qurbanov İbrahim Vilayət oğlu, Mehdiyeva Məhəbbət Rəhman qızı, Məmmədova Arzu Möhübbət qızı, Məmmədova Bənövşə Xudaverdi qızı, Məmmədova Xəyalə Gülalı qızı, Mirzəyeva Dilşad Tahir qızı, Muradova Gülnar Hacı qızı, Nadirov Ağəli Ramiz oğlu, Nəsibova Almaz Mahmud qızı, Nəsirov Emil Nəsir oğlu, Piriyeva Aytən Sədaqət qızı, Rəsulova İlhamə Loğman qızı, Seyidova Səbinə İslam qızı, Sultan Ruslan Sultan oğlu, Şirinova Gülyaz Musa qızı, Tağıyev Yaşar Tahir oğlu, Tanrıverdi Hüseyn İsmayıl oğlu və Zeynalov İlham Adil oğlu da yer alıblar.

Sərəncama əsasən, mediada xüsusi xidmətləri və uzunmüddətli səmərəli fəaliyyəti olan Hadıyev Fazil Rauf oğluna və Məmmədov Əhməd Qədir oğluna Prezidentin fərdi təqaüdü veriləcək.