QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turu bu gün iki qarşılaşma ilə başlayır.
Günün ilk matçında “İmişli” “Şəfa” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda saat 14:30-da başlanacaq oyunun baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami, Tərlan Talıbzadə və İslam Məmmədov kömək edəcəklər. VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi Zöhrab Abbasov, hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Nəriman Axundov olacaq.
Turun mərkəzi qarşılaşmasında “Neftçi” “Zirə”ni qəbul edəcək. “Palms Sports Arena”da saat 19:00-da başlayacaq paytaxt derbisini Tural Qurbanov idarə edəcək. Köməkçi hakimlər Cəmil Quliyev, Asiman Əzizli və Elvin Bayramov, VAR hakimi Kamal Umudlu, AVAR hakimi Şirmamed Mamedov olacaq. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov təyin edilib.
“Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Araz-Naxçıvan” görüşləri sabah keçiriləcək. Noyabrın 29-da isə “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Sumqayıt” oyunları baş tutacaq.