QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Moskvada hərəkətdə olan “Toyota Fortuner” partlayıb. Hadisə səhər saatlarında paytaxtın Çertanovo rayonunda, Kirovoqradskaya küçəsində baş verib.

İlkin ehtimal avtomobildəki qaz balonunun partlaması olsa da, araşdırma zamanı nəqliyyat vasitəsinin altına əldəqayırma partlayıcı qurğu qoyulduğu üzə çıxıb. Qurğunun gücünün təxminən 300 qram trotil ekvivalentinə bərabər olduğu bildirilir.

Avtomobilin Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq mətbuat katibi və müşaviri, 72 yaşlı politoloq Sergey Zavorotnıya məxsus olduğu müəyyən edilib. Partlayış Zavorotnı evindən təxminən 500 metr aralandıqdan sonra baş verib.

Ağır xəsarətlər alan S.Zavorotnı təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər.

Şahidlərin bildirdiyinə görə, partlayışın təsirindən avtomobilin sürücü qapısı yararsız vəziyyətə düşüb. Hadisə ilə əlaqədar cinayət işi başlanıb.