QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ermənistan ərazisində saxlanılmış Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib. Bu barədə Ermənistan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

İşə Sünik Məhkəməsində baxılacaq.

Nəsimi Musayev oktyabrın 1-də yerli vaxtla saat 14:15-də, Bakı vaxtı ilə eyni anda, Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Hərbçi Şəki (Zəngəzur) kəndi istiqamətindəki ərazidə naməlum şəraitdə sərhədi keçdikdən sonra iki ay müddətinə həbs edilib.