QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 7-də saat 12:20-də Bakı şəhərinin Novxanı qəsəbəsində iki avtomobilin iştirakı ilə qəza baş verib. Hadisədə iki nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə, Namiq Nuru oğlu Babayev 77-TC-498 dövlət qeydiyyat nişanlı “KIA Rio” ilə dönmə manevri edərkən, 77-HP-162 nömrəli “Lada Granta”nın sürücüsü ara məsafəsini düzgün saxlamayıb. Toqquşma bu səbəbdən baş verib.
Qəza zamanı “Lada Granta”nın sürücüsü Qabil Qabil oğlu Xudiyev və avtomobildəki sərnişin Zamin Əli oğlu Hüseynli xəsarət alıblar.