QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Qazax rayonunda yük avtomobili sürücüsü vəfat edib. Hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb.

1961-ci il təvəllüdlü İsmayıl Məmmədov “KamAZ” markalı yük maşınını idarə edərkən qəfil özünü pis hiss edib. O, avtomobili saxlayaraq nəqliyyat vasitəsindən düşüb, ancaq qısa müddət sonra dünyasını dəyişib.

Sürücünün infarkt keçirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.