QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin texnologiya şirkəti Nvidia baş direktor Censen Huanqın mümkün xələflərini müəyyənləşdirmək üçün kənar təşkilatla işə başlayıb.
Şirkətin Direktorlar Şurası daimi rəhbər seçilənədək baş direktor vəzifəsinin müvəqqəti icraçısının təyin olunması ehtimalını da nəzərdən keçirir.
Məlumatlı şəxslərin bildirdiyinə görə, şura noyabrın 11-də Huanqın şirkətdəki gələcəyi ilə bağlı xüsusi toplantı keçirib.
Noyabrın 8-də Nvidia Direktorlar Şurası Huanqla əlaqədar daxili araşdırma aparıldığını açıqlamışdı. Şirkət rəhbəri elektron məktubunda Çin üçün casusluqda şübhəli bilinən qadınla romantik münasibətdə olduğunu etiraf edib və hərəkətlərinə görə tam məsuliyyəti üzərinə götürdüyünü bildirib. Çin Xarici İşlər Nazirliyi isə həmin qadının ölkənin kəşfiyyatı ilə işlədiyi barədə iddiaları böhtan kimi qiymətləndirib.
The New York Times-ın yazdığına görə, Huanqın Nvidia-da səhiyyə məhsulları üzrə vitse-prezident Kimberli Pauell ilə də romantik münasibəti olub.