QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nyu-York məktəblərindən götürülmüş 5 min köhnə unitazın çini parçaları on il əvvəl Yamayka körfəzində dörd süni rifin qurulmasında istifadə edilib. Zamanla həmin sahələr dəniz canlıları üçün yaşayış məkanına çevrilib.
Layihə üçün toplanan unitazlar əvvəlcə təmizlənib, sonra xırda hissələrə ayrılıb. Çini qırıntıları istiridyə və dəniz darağı qabıqları ilə birləşdirilərək körfəzin dibində yerləşdirilib.
Riflərlə yanaşı, əraziyə çoxala bilən 50 min yetkin istiridyə buraxılıb. Məqsəd onların yaydığı sürfələrin çini hissələrinə yapışıb böyüməsi və sonradan yeni istiridyə koloniyalarının yaranması olub.
Nəticədə tullantı kimi qiymətləndirilən köhnə unitazlardan dəniz canlılarının çoxalmasına və yeni yaşayış mühitinin formalaşmasına kömək edən vasitə kimi yararlanılıb.