QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Azerfloat” QSC-də rəhbər vəzifəyə yeni təyinat olub. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarə etdiyi Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan şirkətdə Orxan Mehdizadə baş direktor müavini vəzifəsinə təyin edilib.

Müvafiq əmrə əsasən, Mehdizadə yeni vəzifəsinə başlayıb. O, bundan əvvəl “Azerfloat”da İnsan Resursları şöbəsinin müdiri işləyib.

“Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkında Almaniya texnologiyası ilə şüşə vərəqələri istehsal edir.