QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Pit Heqset Donald Trampın prezidentlik müddəti başa çatanadək ABŞ-nin müdafiə naziri vəzifəsində qalacaq. Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell bu barədə “Fox News”a müsahibəsində danışıb.

Parnell Heqsetin Trampın səlahiyyət müddətinin sonuna qədər nazirliyə rəhbərlik edəcəyini bildirib. Onun sözlərinə görə, müdafiə naziri geri çəkilmək niyyətində deyil və qanun pozuntusu olmadığı halda aparılan araşdırmaların, eləcə də siyasi rəqabətin onu çəkindirməsinə imkan verməyəcək.

Pentaqon təmsilçisi Hərb Nazirliyinin qanunlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O əlavə edib ki, Heqset konstitusiyanı müdafiə etmək, orduya rəhbərlik və ölkənin təhlükəsizliyini qorumaq istiqamətində işini davam etdirəcək. Parnell Demokratların “cadugər ovu” ilə bağlı təhdidlərinə baxmayaraq, nazirliyin Trampın siyasətini həyata keçirməyi sürdürəcəyini də qeyd edib.

Daha əvvəl Tramp Heqsetin fəaliyyətindən məmnun olduğunu, onun vəzifədən azad olunmasını müzakirə etmədiyini və nazirin işinin öhdəsindən mükəmməl gəldiyini bildirmişdi.

Ötən gün “CBS News” ABŞ Konqresinə aralıq seçkilərdə demokratların qələbəsindən sonra Trampın müşavirləri ilə Heqsetin gələcəyini müzakirə etdiyini yazıb.