QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-də keçirilən ara seçkilərdən sonra Prezident Donald Trampın İranla bağlı mümkün addımları gündəmdədir. Müharibənin uzanması qlobal iqtisadiyyata da təsir edir.
Tramp hazırda İrana hücum üçün təcili planının olmadığını, lakin ehtiyac yaranarsa, hərəkətə keçməyə hazır olduğunu açıqlayıb.
Vaşinqtonun qarşısında üç mümkün yol olduğu bildirilir: İranın strateji obyektlərinə məhdud zərbə endirilməsi, hərbi və mülki infrastrukturu hədəf alan genişmiqyaslı əməliyyat keçirilməsi və ya Tehranla razılığa gəlinməsi.
Demokratların Konqresdə çoxluq əldə etməsi Tramp administrasiyasının qərarlarını çətinləşdirə bilər. Bu, hərbi büdcəyə daha sərt məhdudiyyətlər qoyulması və müharibə ilə bağlı araşdırmalar aparılması ilə əlaqələndirilir.
İran rəsmiləri ABŞ siyasətində dəyişiklik gözləmədiklərini bildirərək, mümkün yeni hücumun ağır nəticələr doğuracağı barədə xəbərdarlıq ediblər.