QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Praqanın mərkəzində iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
“İdnes”in məlumatına görə, qatarlar baş vağzalın yaxınlığındakı dəmir yolu sahəsində eyni xətt üzrə eyni vaxtda qarşı-qarşıya hərəkət edərkən toqquşub.
Xəsarət alanların dəqiq sayı hələ müəyyənləşməyib. Hadisə yerinə dörd təcili tibbi yardım briqadası və xilasedicilər göndərilib.