QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşması üçün bilet satışında rekord qeydə alınıb.

Gəncə təmsilçisinin yaydığı məlumata görə, görüşə bir sutka ərzində 8 400 bilet satılıb. Bu rəqəm 15 363 nəfərlik Gəncə şəhər stadionundakı yerlərin təxminən 55 faizinə bərabərdir.

Matç noyabrın 22-də saat 17:00-da başlayacaq. Cari mövsümdə “Kəpəz”in ev oyunlarında ən çox azarkeş sentyabrın 4-də “Şamaxı” ilə qarşılaşmada qeydə alınıb: həmin görüşü 15 000 nəfər izləyib.