QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin Çinin Şencen şəhərində ayaqüstü qısa söhbət ediblər.
APEC-in 33-cü zirvə toplantısında iştirak edəcək liderlər üçün təntənəli qəbul təşkil olunub. Tədbirin başlanğıcında Putinlə Tramp arasında qısa söhbət baş tutub.
Putin, Si Szinpin və Trampın dünyada narahatlıq doğuran münaqişələri də nəzərə alaraq geniş mövzuları müzakirə edəcəkləri bildirilib.