QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ucar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Bakı-Qazax magistralının Qulabənd kəndindən keçən hissəsində baş verib. Bakı istiqamətində gedən “Mercedes Sprinter” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Sürücü, 1963-cü il təvəllüdlü Fizuli İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.