QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində Qəbələ rayonunda Yengicə su anbarını inşa edir.

Anbarın tutumunun 17,5 milyon kubmetr olması nəzərdə tutulur. Layihə rayonun kənd təsərrüfatı üçün yararlı 10 min hektar torpaq sahəsində suvarma imkanlarının artırılmasına xidmət edəcək.

Yengicə su anbarının əsas göstəriciləri və bölgəyə yaradacağı imkanlar Aysunun təqdimatında əks olunub.