QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, yenilənmiş milyarderlər reytinqində Asiyanın ən varlı şəxsi dəyişib. “TikTok”un ana şirkəti “ByteDance”i yaradan Jang Yiming 105,5 milyard dollarlıq sərvətlə birinci pilləyə yüksəlib.
Hindistanlı iş adamı Qautam Adaninin sərvəti 104,8 milyard dollar qiymətləndirilib və o, siyahıda ikinci yerdə qərarlaşıb. İlk üçlüyü 81,3 milyard dollarla “Reliance Industries”in rəhbəri Mukesh Ambani tamamlayır.
Reytinqdə yaponiyalı Tadaşi Yanai (“Fast Retailing”) 63,7 milyard dollar, çinli Jong Şanşan (“Nongfu Spring”) 59,1 milyard dollar sərvətlə növbəti yerlərdədir. Masayoşi Sonun (“SoftBank Group”) varidatı 53,9 milyard dollar, Zeng Yüçün (“CATL”) və Ma Huatengin (“Tencent”) sərvəti isə 52,2 milyard dollar göstərilib.
Honkonqlu Li Ka-şing (“CK Hutchison Holdings”) 46,9 milyard dollar, çinli sənayeçi He Şianjian (“Midea Group”) isə 45 milyard dollar sərvətlə siyahıda yer alıb.
Daha aşağı pillələrdə “ArcelorMittal”ın rəhbəri Lakshmi Mittal 42 milyard, “Alibaba”nın həmtəsisçisi Jack Ma 41,7 milyard, “NetEase”in qurucusu William Ding 39,7 milyard dollarla qərarlaşıb. “DeepSeek”in yaradıcısı Liang Wenfengin sərvəti 37,9 milyard dollar, “China Hongqiao Group”u idarə edən Jang Bo və ailəsinin sərvəti isə 36,9 milyard dollar təşkil edir.
Siyahını 33,4 milyard dollarla vyetnamlı iş adamı Pham Nhat Vuong (“Vingroup”) və 32,6 milyard dollarla hindistanlı sənayeçi-siyasətçi Savitri Jindal (“OP Jindal Group”) tamamlayır.