QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Meksikada Qvadalaxara kartelinin yaradıcısı Migel Anxel Feliks Qalyardo 80 yaşında çoxsaylı orqan çatışmazlığı nəticəsində vəfat edib.
Qalyardonun saxlanıldığı Xalisko ştatının Təhlükəsizlik Katibliyi onun ölümü barədə məlumat yayıb.
1989-cu ildən həbsdə olan Qalyardo 40 illik cəzasını çəkirdi. O, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agenti Enrike Kamarena Salazarın 1985-ci ildə öldürülməsinə görə məhkum olunmuşdu.
1980-ci illərdə Qalyardo Meksikadan ABŞ-a narkotik daşınmasını vahid şəbəkə altında birləşdirən ən güclü cinayətkar qruplaşmalardan birini yaratmışdı.