QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yeni rəhbər təyin olunub.

Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov bununla bağlı əmr imzalayıb. Sənədə əsasən, vəzifəni polkovnik-leytenant Ramil Qarayev icra edəcək.

Qarayev bundan əvvəl qurumun Daşkəsən rayon bölməsinə rəhbərlik edib.