QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, aparıcı Firuzə Cəlilova gecə saatlarında bir qrup şəxsin evinə girərək zinət əşyalarını və telefonlarını apardığını iddia edib.

Hadisə ilə bağlı hazırlanan süjetdə polis əməkdaşlarının Əli Hüseyn Hüseynovu evdə müəyyən etdiyi qeyd olunub. Onun dələduzluq maddəsi üzrə axtarışda olduğu bildirilib. Məlumata görə, bağ evi əvvəlcə onun adına olub, daha sonra Firuzə Cəlilovanın anasının adına rəsmiləşdirilib.

Süjetdə iddia edilir ki, Ə. Hüseynov aparıcının anası ilə qeyri-rəsmi münasibətdə olub. Onun zavod direktoru işlədiyi və əvvəlki dövrdə maddi imkanlarının yaxşı olduğu da bildirilib. İddialara əsasən, qadınla tanışlığından sonra onlar qeyri-rəsmi münasibət yaşayıblar. Bağ evi həmin kişinin mülkiyyətində olub, daha sonra qadının adına keçirilib.

Həmçinin Firuzə Cəlilovanın anasının çəkilişə etiraz etdiyi bildirilib. O, səsləndirilən məlumatları təkzib edib.