Avqustun 16-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki Kamensk-Şaxtinski şəhərində yerləşən "Kamenski Kombinat" müəssisəsinə zərbə endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müvafiq məlumat yayıb və bildirilib ki, səbəb olmuş partlayış və yanğın hadisəsi qeydə alınıb. Dəymiş zərərin miqyası hələ müəyyənləşdirilir.
Həmin kombinat Rusiya müdafiə-sənaye kompleksinin müəssisəsi hesab olunur və orada "Uraqan", "Smerç" və "Tornado-S" reaktiv yaylım atəşi sistemlərinin sursatları ilə yanaşı, bəzi raket sistemləri və aviasiya zərbələri üçün bərk raket yanacağı istehsal olunur.