QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Samaradan olan Rusiya turisti İqor öz bloqunda Misirin Türkiyədən üstün cəhətlərini sadalayıb.
İlkin olaraq o, əvvəllər istirahət üçün həmişə Antalya və ya Kemerə baxdıqlarını, Türkiyə otellərinin çörək məmulatları və animasiyası ilə məşhur olduğunu bildirib. Lakin son illərdə Türkiyə otellərinin daha az əlçatan olduğunu deyən turistin seçimi Misirə düşüb və indi o, ərəb ölkəsini daha üstün hesab edir.
Turistə görə, Misirin onu ilk cəlb edən tərəfi korall rıfları olub. Türkiyənin SİDE və Belekinin çimərliklərində sahildə bulanıq su olduğunu və yalnız sxem üzrə üzmək lazım gəldiyini, Misirdə isə adi snorkeling maskası alıb saatlarla dənizə batdıqlarını qeyd edib.
O, həmçinin Qırmızı dənizin iqliminin boğucu olmaması ilə seçildiyini vurğulayıb. Bir çoxlarının isti aylarda Misirə getməkdən çəkinməsinə baxmayaraq, realdə Qırmızı dəniz sahilindəki istiliyin Türkiyənin yay istisindən daha asan keçdiyini bildirib.
Daha bir məqam kimi İqor Misirdə daha yaxşı oteli daha münasib qiymətə tapmağın mümkün olduğunu söyləyib. Türkiyədə ikinci sıra, qəmərsiz dördulduzlu otelə tələb olunan məbləği Misirdə dəniz kənarında slaydlı və geniş beşulduzlu otelə xərclədiklərini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl başqa bir rus turist Misiri tənqidi ifadələrlə təsvir etmiş və burada “pulsuz” sözüylə bağlı xəbərdarlıq etmişdi.