QafqazNews Interfax-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Galuzin Gürcüstanın Baş nazirinin Rusiyayla münasibətlər üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvilinin iştirakı ilə görüşün yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, bəli", - Galuzin bu cür məsləhətləşmələrin tezliklə keçirilməsi barədə məlumatları təsdiqləmək xahişinə cavab verərək deyib.

O, görüşün gündəliyi barədə məlumat verməkdən əvvəl tədbirin keçirilməsini gözləmək lazım olduğunu bildirib.

Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze elan etmişdi ki, Baş nazirin Rusiyayla münasibətlər üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin birinci müavini Georgi Zurabaşvili ilə Rusiya tərəfini təmsil edəcək şəxs—Rusiya XİN-in müavini Mixail Galuzin arasında ilk görüş yaxın vaxtlarda baş tuta bilər.