QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktor vəzifəsini müvəqqəti icra etmək Şəhla Mahmudovaya tapşırılıb.
Müvafiq əmr imzalanıb. Qərara əsasən, Agentliyin direktor müavini Mahmudova direktorun vəzifələrinin icrasını həyata keçirəcək.
Qeyd edək ki, bu posta daha əvvəl Sadiq Əliyev rəhbərlik edib. O, ötən ay maliyyə nazirinin müavini təyin olunub.