QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 64,47 min ton Aİ-92 benzini, 4,06 min ton Aİ-95 benzini və 1 milyon 799,01 min ton dizel yanacağı istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Aİ-92 istehsalı 0,3 faiz, yaxud 3,07 min ton azalıb. Dizel yanacağının istehsalında 3,4 faiz (62,9 min ton), Aİ-95 benzinin istehsalında isə 2,9 dəfə (7,74 min ton) azalma qeydə alınıb.

Bu ilin ilk səkkiz ayında ölkəyə xaricdən 3,9 min ton Aİ-92 və 120,5 min ton Aİ-95 markalı benzin gətirilib. Aİ-92 benzinin 3 413,8 tonu Rusiyadan, 505,14 tonu İraqdan idxal olunub. Aİ-95-in əsas tədarükçüləri isə Rusiya (31 240,97 ton), Bolqarıstan (42 881,51 ton) və Belarus (21 460,75 ton) olub.

Azərbaycanda istehsal edilən Aİ-95 benzinin həcmi idxal olunan bu markalı benzinin ümumi miqdarının 3,4 faizinə bərabər olub.

SOCAR 2024-cü il iyunun 30-da açıqlamışdı ki, ölkədə Aİ-95 markalı benzin istehsal edilir. Şirkətin məlumatında neft emalı zavodunda istehsal olunan Aİ-92 və Aİ-95 markalı benzinlərin Avro-5 standartlarına uyğunlaşdırıldığı bildirilirdi.

Həmin açıqlamada qeyd olunurdu: “Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir”