QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Sumqayıtda bir qrup təmizlik işçisi təxminən iki aydır əməkhaqqı ala bilmədiklərini bildirir. Narazılıqla bağlı video sosial şəbəkələrdə yayılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlamasında ödənişlərin gecikməsi probleminin həll olunduğunu qeyd edib. Qurumun bildirdiyinə görə, maaşların yaxın saatlarda işçilərin hesablarına köçürülməsi təmin ediləcək.