QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Təmizlik Departamentinin əməkdaşlarının maaşlarının vaxtında və tam verilmədiyi iddia olunub.

Məlumata əsasən, işçilər narazılıqlarını bildirmək üçün kütləvi şəkildə qurum rəhbərliyinə müraciət ediblər. Etiraz anlarını əks etdirdiyi deyilən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda bir qrup təmizlik işçisinin rəsmi şəxslərə etirazını çatdırdığı görünür.

Sumqayıt Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı bildirib ki, təmizlik işçilərinin əməkhaqlarının ödənilməsindəki gecikmə aradan qaldırılıb. Qurumun açıqlamasına görə, maaşlar mərhələli qaydada əməkdaşların hesablarına köçürülüb.