QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, texniki tənzimləməyə aid məhsulun insan üçün təhlükəli olduğu müəyyənləşdirilərsə, onun bazarda satışına icazə verilməyəcək. Bu, Prezident İlham Əliyevin imzaladığı qanun dəyişikliyində nəzərdə tutulub.

Dəyişikliyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan, texniki tənzimləmənin əhatə etdiyi mallar bazardan geri çağırılacaq və dövriyyədən çıxarılacaq. Məhsulların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumun qaydaları əsasında aparılacaq.

Dövlət başçısı, həmçinin 2026-cı il 27 oktyabr tarixli, 500-VIIQD nömrəli “Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik barədə qanunun qüvvəyə minməsi və tətbiqinin təmin olunması ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən, dəyişiklikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum kimi Nazirlər Kabineti göstərilib.