QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydidən Vaşinqton və Tehran arasında vasitəçi rolunu üzərinə götürməsini istəyib.
Telefon söhbəti zamanı İraq hökumətinin rəhbəri İranla dialoqun yenidən qurulmasına yönələn bir neçə təşəbbüs irəli sürüb. Tramp bu təklifləri qəbul edib və əz-Zeydini danışıqlara qatılmağa çağırıb.
Məlumata əsasən, telefon danışığının ardınca İraq Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana yollanıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə artıq ikinci həftədir İranla münaqişənin sona çatdırılması üçün danışıqlar aparır.
Noyabrın 7-də Tramp Tehranla təmasların mövcud olduğunu təsdiqləyib. Həmin gün ABŞ hərbçiləri Hörmüz boğazında yerləşən Qəşm adasındakı İranın zenit-raket qurğusunu vurublar. Vaşinqton zərbənin adadan ABŞ qırıcısına raket atılmasına cavab olaraq endirildiyini açıqlayıb.