QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Aliağa rayonundakı HABAŞ Dəmir-Polad Zavodunda baş vermiş partlayışda həyatını itirənlərin sayı 10 nəfərə çatıb. Bu barədə İzmir Valiliyi məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilib. Partlayışla bağlı cinayət işi başlanıb.

Saat 15:48-də yayılan məlumata əsasən, ölənlərin sayı 6 nəfər idi. Həmin vaxt 3-ü ağır olmaqla 13 nəfərin xəsarət aldığı, 8 nəfərin axtarışının dağıntılar altında davam etdiyi açıqlanmışdı.

Saat 15:06-da isə ölənlərin sayının 3-ə çatdığı bildirilirdi. O zaman 3-ü ağır olmaqla 14 nəfərin yaralandığı, 10 nəfərin dağıntılar altında qaldığı qeyd edilmişdi.