QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ABŞ-ın İrana mümkün hücumu ilə bağlı ehtimalların gündəmə gəldiyi vaxt Tehranın bir neçə bölgəsində hava hücumundan müdafiə sistemləri qurulub.

Bu barədə yerli sosial media istifadəçiləri paylaşımlar ediblər. Onların bildirdiyinə görə, zenit vasitələri çoxmərtəbəli binaların damlarında yerləşdirilib.

Paylaşımlarda qurğuların SEPAH-a aid olduğu, eləcə də bəzi binaların boşaldıldığı iddia olunur.