QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə ortaq inkişaf bankının yaradılması məsələsi müzakirəyə çıxarılıb.

Layihə çərçivəsində mövcud Türk İnvestisiya Fondundan müstəqil fəaliyyət göstərəcək bir bankın qurulması təklif edilib. Asiya İnkişaf Bankı modelinə bənzər prinsiplərlə işləyəcəyi nəzərdə tutulan bu qurumun, Türkiyənin TDT dönəm sədrliyi müddətində digər üzv ölkələrə təqdim olunması planlaşdırılır.

Mənbə bildirir ki, Özbəkistan da layihəyə müsbət yanaşır. Bankın yaradılması ilə Türk dövlətləri arasında ortaq yatırımların dəstəklənməsi və iş dünyasına yeni maliyyə imkanlarının açılması hədəflənir.

Orta Koridor və Kalkınma Yolu kimi strateji layihələrə maliyyə dəstəyi ön planda olacaq. Təklif olunan bankın prioritetləri arasında regional inkişaf layihələrinə və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara kredit və digər maliyyə resurslarının təmin edilməsi yer alır.

Beynəlxalq bazarlarda güclü kredit reputasiyasına sahib olması nəzərdə tutulan qurumun infrastruktur yatırımlarının sürətlənməsinə və Türk dövlətləri arasındakı ticarət dövriyyəsinin artmasına töhfə verməsi gözlənilir.

Layihənin bir hissəsi kimi hava nəqliyyatını asanlaşdıracaq tədbirlər də planlaşdırılır. TDT üzv ölkələrinin vətəndaşlarının hava limanlarında daha sürətli prosedurlarla xidmət göstərilməsi üçün xüsusi keçid nöqtələri yaradılması nəzərdə tutulub.

İlk tətbiqin İstanbul Hava Limanı'nda reallaşdırılması üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Xüsusi keçid nöqtələrinə aid istiqamətləndirici lövhələr hazırlanır və texniki ilə inzibati işlər tamamlandıqdan sonra sistemin işə salınması gözlənilir.

Uğurlu olduqda bu tətbiqin digər üzv ölkələrin hava limanlarında da genişləndirilməsi planlaşdırılır.