QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, tütün məmulatlarının bəzi növlərinin idxalı üçün gömrük tarifləri dəyişdiriləcək. Müvafiq qərarın müddəaları 13 noyabr 2026-cı ildə dərc olunduqdan 90 gün sonra qüvvəyə minəcək.

Yeni qaydaya əsasən, siqaret, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu il dekabrın 31-dək 15 faizlik tarif tətbiq ediləcək. Bununla yanaşı, rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından aşağı olmayacaq.

Dəyişikliklər tütün tərkibli siqarlara, ucları kəsilmiş siqarlara, siqarillalara və siqaretlərə, eləcə də tütün əvəzedicilərindən hazırlanan bu məhsulların müəyyən növlərinə aiddir.

Müvafiq mal kodları üzrə tarif cədvəlində hər 1000 ədəd üçün 0,5 ABŞ dolları məbləğindən sonra yeni şərt əlavə olunacaq: 2030-cu il dekabrın 31-dək 15 faizlik tarif tətbiq ediləcək, lakin rüsum 1000 ədəd üçün ən azı 3 ABŞ dolları təşkil edəcək.