QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ukrayna müharibənin 1716-cı günü üçün Rusiya ordusunun itkilərinə dair göstəriciləri açıqlayıb. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Qurumun bildirdiyinə görə, indiyədək Rusiya 1 599 390 hərbçi, 12 454 tank və 25 643 zirehli döyüş maşını itirib. Həmçinin 51 902 artilleriya sistemi, 2 254 reaktiv yaylım atəş sistemi və 1 738 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
İtkilər sırasında 452 hərbi təyyarə, 356 helikopter, 3 077 yerüstü robot-texnika kompleksi, 596 221 PUA və 170 256 avtomobil texnikası da göstərilib. Bundan başqa, Rusiya 5 192 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 873 xüsusi avadanlıq itirib.