QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Əbu-Dabi Məhkəmə Departamenti PFL-in yüngül çəki üzrə çempionu Usman Nurməhəmmədov, qardaşı Ömər və hoteldəki kütləvi davanın digər iştirakçılarını azadlığa buraxıb.
Təqsirləndirilənlər əvvəlki hökmlə 6 ay müddətinə azadlıqdan məhrum edilib və 300 min dirhəm cərimələnmişdilər. Məhkəmənin son qərarı ilə həbs cəzası ləğv olunub, hər bir şəxs üçün cərimə 150 min dirhəm müəyyənləşdirilib.
Hökmə yenidən baxılması tərəflərin barışması, qarşılıqlı iddialardan geri çəkilməsi və zərərçəkmişin təqsirləndirilən şəxsin azad edilməsi üçün Əbu-Dabi hökumətinə müraciət etməsindən sonra mümkün olub.
Noyabrın 11-də keçmiş UFC çempionu Merab Dvalişvili Usman Nurməhəmmədov və onun yaxınlarının zorakılığı ilə üzləşib. Hotelin foyesində ona hücum edənlər saxlanılıb. Dvalişvili daha sonra Əmirlik hakimiyyətindən saxlanılan idmançıların azad edilməsini açıq şəkildə istəyib.