QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın keçmiş prezident administrasiyalarında yüksək vəzifələr tutmuş Vardan Makaryan saxlanılıb.

Müstəqil jurnalist Vaqe Makaryan məlumatı öz mənbələrindən əldə edib. Vardan Makaryan üçüncü prezident Serj Sarqsyanın aparat rəhbərinin müavini, dördüncü prezident Armen Sarkisyanın isə aparat rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən olub.

O, Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyanın, onun qohumu Narek Karapetyanın və onlarla əlaqəli şəxslərin yaşayış yerlərində keçirilən genişmiqyaslı axtarışların ardınca saxlanılıb.

Vardan Makaryan 2020-ci ildən şirkət bu il milliləşdirilənədək Ermənistan Elektrik Şəbəkələrinin Direktorlar Şurasında təmsil olunub.

Axtarışların, ehtimal ki, şirkətin milliləşdirilməsindən sonra Ermənistan Elektrik Şəbəkələrində başlanan proseslərlə bağlı olduğu bildirilir.