QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampa I dərəcəli Knyaginya Olqa ordeni təqdim edib.
Müvafiq sərəncam noyabrın 4-də Ukrayna Prezidentinin rəsmi internet səhifəsində yayımlanıb. Təltif Melaniya Trampın Ukraynaya humanitar yardım göstərilməsinə verdiyi şəxsi töhfəyə, həmçinin ukraynalı uşaqlara və vətəndaşlara dəstək məqsədilə gördüyü hüquq müdafiə və xeyriyyəçilik işlərinə görə verilib.
ABŞ-nin birinci xanımının təşəbbüsü ilə Xerson vilayətinin Oleşki şəhərində yaşayanların təxliyəsi üçün humanitar missiya təşkil olunub.
Missiya oktyabrın 30-da, Melaniya Trampın dəstəyi ilə bir həftə əvvəl əldə edilmiş atəşkəs rejimi çərçivəsində baş tutub. Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova noyabrın 2-də tərəflərdən heç birinin atəşkəsi pozmadığını təsdiqləyib.