QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Paris Cekson atasından qalan mirasın 600 milyon dollarının ailə fonduna köçürülməsi üçün məhkəməyə müraciət edib.
28 yaşlı Paris ərizəsində mirasın idarəçisi Con Brankanı övladlara çatmalı olan vəsaitin ödənilməsini yubandırmaqda günahlandırıb.
Paris Ceksonun sözlərinə görə, Maykl Ceksonun 2009-cu ildə ölümündən sonra miras 2,5 milyard dollardan artıq gəlir gətirib. O, 2024-cü ilin dekabrına qədər olan göstəricilərə əsasən, mirasın təxminən 850 milyon dollar nağd vəsaiti olduğunu bildirib. Buna baxmayaraq, ailə fondlarının maliyyələşdirilməsi tam yekunlaşmayıb.
Mirasın idarəçiləri ittihamları qəbul etməyiblər. Onların açıqlamasına görə, Paris Ceksona və digər hüquq sahiblərinə indiyədək birlikdə 200 milyon dollardan çox ödəniş edilib.