QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İstanbulun Esenyurt rayonundakı Haramidere dayanacağında iki avtobus toqquşub.

Namık Kamal məhəlləsində yerləşən Haramidere Sənaye dayanacağında sərnişin götürən metrobüsə dayanacağa yaxınlaşan başqa bir avtobus arxadan çırpılıb.

Toqquşma nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə barədə məlumatdan sonra əraziyə təcili tibbi yardım briqadaları göndərilib.