QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan 1-ci Liqasının 7-ci turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşması oynanılmayıb.

Qonaq komanda meydana gəlsə də, “Mingəçevir”in futbolçuları görüşdə iştirak etməyiblər. Onlar uzun müddətdir maaşlarını ala bilmədiklərinə görə etiraz olaraq oyuna çıxmaqdan imtina ediblər.

Saat 15:00-da başlanmalı olan matç baş tutmayıb. “Mingəçevir”ə texniki məğlubiyyət verilməsi gözlənilir.