QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Samuel Eto karyerasında çalışdığı Joze Mourinyo və Pep Qvardiola barədə fikirlərini bölüşüb.

Hər iki mütəxəssislə böyük qələbələr qazanan sabiq futbolçu onları müqayisə etməyin mümkün olmadığını söyləyib. Eto bildirib: “Joze Mourinyo ilə Pep Qvardiolanı müqayisə edə bilmərəm. Onlardan biri “Bavariya” ilə Çempionlar Liqasını qazana bilmədi, digəri isə bunu “Porto” ilə bacardı”.

Sabiq oyunçunun sözləri futbol ictimaiyyətində və azarkeşlər arasında geniş müzakirə doğurub.