QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə daha bir köç həyata keçirilib.
Prezident İlham Əliyevin tapşırığı ilə Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına 83 ailə, ümumilikdə 333 nəfər yerləşdirilib.
Köçün bu mərhələsində Xocavənd şəhərinə 36 ailə (140 nəfər), rayonun Quzeyxırman kəndinə isə 12 ailə (45 nəfər) qayıdıb. Cəbrayılın Soltanlı kəndinə 17 ailə, 74 nəfər, Zəngilanın Cahangirbəyli kəndinə isə 18 ailə, 74 nəfər köçürülüb.
Doğma yurdlarına dönən ailələr əvvəllər respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıblar. Onların əsasən yaşadığı yerlər yataqxanalar, sanatoriyalar və inzibati binalar olub.