QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Yaponiyanın Kameoka şəhərindəki fermada quş qripinin H5 variantı müəyyən edildikdən sonra 200 min toyuğun məhv olunacağı açıqlanıb. Bu variant yüksək yoluxuculuq qabiliyyətinə malikdir.
Fermada bir gecə ərzində çoxlu sayda toyuğun qəfil tələf olması xəstəliklə bağlı yoxlamalara səbəb olub. Müəssisə karantinə götürülüb, onun 10 kilometrliyindəki ərazidə hərəkətə məhdudiyyət qoyulub.
Profilaktik tədbir çərçivəsində fermadan 3 kilometr radiusda yerləşən digər təsərrüfatlardan toyuq və yumurta daşınması da müvəqqəti dayandırılıb.