QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq arzusunda olduğunu açıqlayıb.

Sənətçi bu barədə Bakı Konqres Mərkəzindəki konserti zamanı jurnalistlərə müsahibəsində danışıb. O, “Çocuklar Gülsün Diye” adlı bağçanın Azərbaycanda da fəaliyyətə başlamasını istədiyini söyləyib.

“Bir gün ‘Uşaqlar gülsün deyə’ bağçasını Azərbaycanda açaram, inşallah. Nə gözəl olar. Bunun üçün Türkiyə və Azərbaycan təhsil nazirlikləri birgə protokol imzalayıb mənə icazə verməlidirlər. Uşaqları o qədər sevirəm ki, onların gülməsi üçün dünyanın hər bir yerinə gedərəm”, – deyə Ergen bildirib.

Qeyd edək ki, Gülben Ergenin təsis etdiyi və rəhbərlik etdiyi “Çocuklar Gülsün Diye” dərnəyi Türkiyədə indiyədək 60 uşaq bağçası açıb.