Yunanıstanın İskiri adasında ötən gün baş vermiş meşə yanğını artıq ikinci gün davam edir.
Yanğının Atsitsa məntəqəsində yerli vaxtla təxminən 16:00-da başladığı bildirilib. Gecə saatlarında yanğınsöndürənlər əsasən qurudan əməliyyatlar həyata keçiriblər, səhər vaxtlarından etibarən isə hava vasitələri müdaxiləyə başlayıb.
Hadisə yerinə dörd yanğınsöndürən təyyarə və iki helikopter yönləndirilib. Həmçinin adaya digər bölgələrdən əlavə yanğınsöndürmə heyətləri göndərildiyi qeyd olunur.
Eyni vaxtda Andros adasında da səhər saatlarında meşə yanğını baş verib. Həmin ərazidə yanğının söndürülməsi üçün hava və qurudan müdaxilələr davam etdirilir.