QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb. Onlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb.
Ən çox rast gəlinən xəstəliklər qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları olub. Bu səbəbdən dövlət müəssisələrində 31 429, qeyri-dövlət bağçalarında isə 1 265 xəstələnmə qeydə alınıb.
Kəskin tonzillitlə bağlı dövlət bağçalarında 15 538, qeyri-dövlət müəssisələrində 272 hal qeydə alınıb. Pnevmoniya halları isə müvafiq olaraq 514 və 18 olub.