QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2026/2027 mövsümündə ən yüksək xalis illik əməkhaqqı alan türkiyəli futbolçuların reytinqi açıqlanıb.
“Capology” şirkətinin maaş proqnozları əsasında tərtib olunan siyahının lideri Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda oynayan Merih Demiraldır. Onun illik xalis gəliri 11,7 milyon avro göstərilib.
“Yuventus”un futbolçusu Kenan Yıldız və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu hərəyə 6 milyon avro maaşla ikinci sıranı paylaşırlar. “Real Madrid”də çıxış edən Arda Güler 5 milyon avro ilə növbəti yerdədir. Yeni müqavilə imzalayacağı halda onun illik qazancının 8 milyon avroya yüksələcəyi gözlənilir.
Futbolçuların illik xalis əməkhaqqına görə tam sıralaması belədir:
1. Merih Demiral (“Əl-Əhli”) — 11,7 milyon avro; 2. Kenan Yıldız (“Yuventus”) — 6 milyon avro; 3. Hakan Çalhanoğlu (“İnter”) — 6 milyon avro; 4. Arda Güler (“Real Madrid”) — 5 milyon avro; 5. Orkun Kökçü (“Beşiktaş”) — 5 milyon avro; 6. Kerem Aktürkoğlu (“Fənərbağça”) — 4,7 milyon avro; 7. Zeki Çelik (“Yuventus”) — 3,2 milyon avro; 8. Ferdi Kadıoğlu (“Brayton”) — 3,2 milyon avro; 9. Barış Alper Yılmaz (“Qalatasaray”) — 3 milyon avro; 10. Abdülkerim Bardakcı (“Qalatasaray”) — 2,5 milyon avro; 11. Uğurcan Çakır (“Qalatasaray”) — 2,5 milyon avro; 12. Yunus Akgün (“Qalatasaray”) — 2,5 milyon avro.