QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisdə noyabrın 17-də keçirilən plenar iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.
Layihəyə görə, 2027-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat səviyyəsində nəzərdə tutulur.
Sənəddə mərkəzləşdirilmiş gəlirlərin 38 milyard 518 milyon 425 min manat, yerli gəlirlərin 735 milyon 575 min manat olacağı proqnozlaşdırılıb. Mərkəzləşdirilmiş xərclər 41 milyard 664 milyon 425 min manat, yerli xərclər isə 735 milyon 575 min manat təşkil edəcək.
Geniş müzakirələrin ardından səsverməyə təqdim olunan layihə deputatların dəstəyi ilə birinci oxunuşda təsdiqlənib.