QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 2027-ci ilin martında Azərbaycanda bir neçə bayramın üst-üstə düşməsi uzunmüddətli istirahət imkanı yarada bilər.

Gələn il Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları mart ayına təsadüf edəcək. Təqvimə görə, 8 Mart bazar ertəsi gününə düşür. Astronomik hesablamalarda Ramazan bayramının martın 9-u və 10-da qeyd olunacağı ehtimal edilir.

Tarixlər rəsmən təsdiqlənərsə, həftəsonu da nəzərə alınmaqla martın 6-dan 10-dək beş gün ardıcıl istirahət etmək mümkün olacaq.

Novruz bayramının martın 20-dən 24-dək keçirilməsi gözlənilir. 2027-ci ildə bayramın ilk iki gününün şənbə və bazara düşməsi əlavə istirahət günlərinin yaranmasına səbəb ola bilər. Qanunvericiliyə görə, bayram günü həftələrarası istirahət gününə təsadüf etdikdə onu izləyən iş günü də qeyri-iş günü sayılır.

Bu norma tətbiq edilərsə, martın 20-dən 28-dək doqquz günlük fasiləsiz istirahət yarana bilər.